Qaxda 18 yaşlı sürücü qəza törədib, 4 nəfər ağır yaralanıb

Qaxda 18 yaşlı sürücü qəza törədib, 4 nəfər ağır yaralanıb

27 Avqust 2012 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Qax rayonunda baş verən yol qəzasında 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu barədə Apa- ya Qax rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, yol qəzası rayonun Qum kəndinə gedən yolda baş verib. Rayonun Çinarlı kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Amil Vahid oğlu idarə etdiyi "VAZ-2106" markalı, 50 BP 168 dövlət nişan nömrəli avtomobillə qəza törədib. Baş vermiş qəza nəticəsində Amil Əliyev və avtomobildə olan digər sərnişinlər, Çinarlı kənd sakinləri - 1987-ci il təvəllüdlü Muradov Mahmud Cuma oğlu, 1989-cu il təvəllüdlü Muradova Rəvanə Novruz qızı və 1995-ci il təvəllüdlü Şəki şəhər sakini Məhsimova Arzu Qorxmaz qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Hazırda onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

O.M.