Şəkidə idarəetməni itirən sürücü avtomobili ağaca çırpıb

Şəkidə idarəetməni itirən sürücü avtomobili ağaca çırpıb

27 Avqust 2012 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Şəki rayonunda ölümlə nəticələnən ağır yol qəzası olub. Bu barədə Apa-ya Şəki şəhər-rayon Polis Şöbəsindən (PŞ) məlumat verilib. Məlumata görə, yol qəzası rayonun Baş Küncüt kəndi ərazisində qeydə alınıb. 1986-cı il təvəllüdlü, Şəki rayon sakini Kərimov Tərlan Maqsud oğlu idarə etdiyi "Mercedes" markalı, 90 LF 736 dövlət nişan nömrəli avtomobillə Baş Küncüt kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən avtomobili yolun kənarındakı ağaca çırpıb. Baş vermiş yol qəzası nəticəsində Tərlan Kərimov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, 1987-ci il təvəllüdlü Şəki rayon sakini, Məmmədov Seymur Mahir oğlu isə aldığı ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) yerləşdirilib. Faktla bağlı Şəki RŞPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

O.M.