Qubada 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib

Qubada 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib

27 Avqust 2012 10:09
Bəyəndim (0) Bəyənmədim (0)
Yaralılardan üçünün vəziyyəti ağırdır

Ötən gecə Quba rayonunun Timiryazev kəndi ərazisində 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Reginal TV xəbər verir ki, Quba rayonu istiqamətinə hərəkətdə olan rayonun Qam-Qam kənd sakini 27 yaşlı Elşən Məmmədova məxsus 40 BH 230 dövlət qeydiyyat nişanlı, "QAZel" markalı avtomaşın qarşı tərəfdən gələn 37 yaşlı Xaçmaz rayonu Əhmədoba kənd sakini Vidadi Müslümova məxsus 10 KG 192 dövlət nömrə nişanlı, "VAZ 21 07" markalı avtomobillə toqquşub. Nəticədə hər iki maşının sürücüsü, həmçinin "QAZel"də olan 29 yaşlı Qam-Qam kənd sakini Ramin Məmmədov və "VAZ 21 07"nin sərnişinləri 40 yaşlı Quba rayon Zərdabi kənd sakini Sədiyar Poladov , 21 yaşlı Quba rayon Alekseyevka kənd sakini Elçin Şıxbabayev müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibb müəssisəsindən verilən məlumata görə, yaralılardan ikisinin vəziyyəti orta, digər üç xəstənin vəziyyəti isə ağırdır. Faktla bağlı Quba RPŞ-də araşdırma aparırılır.

O.M.