Gədəbəydə minik avtomobili elektrik dirəyinə çırpılaraq yanıb, sərnişin və sürücü yanaraq ölüb

Gədəbəydə minik avtomobili elektrik dirəyinə çırpılaraq yanıb, sərnişin və sürücü yanaraq ölüb

24 Avqust 2012 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

FHN-nin məlumatına görə, Gədəbəy rayonu, Novosaratovka kəndində vətəndaşa məxsus "VAZ-2107" markalı minik avtomobili yolun kənarındakı (10 KV elektrik kabeli keçən) betonnan ibarət elektrik dirəyinə çırpılmış və yanğınla nəticələnən yol qəza hadisəsi baş vermişdir. Nəticədə "VAZ" markalı minik avtomobilin yanar hissəsləri yanmışdır. Qəza zamanı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinin yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilmiş və aidiyati üzrə təhvil verilmişdir. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 22:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

O.M.