Lənkəranda “VAZ” və “Mercedes” markalı  minik avtomobilləri toqquşub: 1 ölü, 2 yaralı

Lənkəranda “VAZ” və “Mercedes” markalı minik avtomobilləri toqquşub: 1 ölü, 2 yaralı

24 Avqust 2012 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Liman şəhərində "VAZ" və "Mercedess" markalı minik avtomobilləri toqquşmuşdur. Nəticədə hər iki avtomobil deformasiyaya uğramışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış "Mercedess" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil vermiş, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Hadisə şahidlərinin bildirdiklərinə əsasən, qəza nəticəsində vəfat etmiş "VAZ" markalı minik avtomobilinin sürücüsü və 1 nəfər sərnişin hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmışlar.

O.M.