
Masallıda iki mərtəbəli evdə yanğın baş verib
Masallıda ev yanıb
FHN-nin məlumatına görə, hadisə dünən Masallı rayonu, Təklə kəndində baş verib. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 288 kv.m olan iki mərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otaq və dəhlizin yanar konstruksiyaları 70 kv.m sahədə və dam örtüyü 80 kv.m sahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
O.M.
Digər xəbərlər