
Bakıda təhlükə ilə üzləşən balıqçı xilas edilib
FHN-ə daxil olmuş məlumata əsasən, 1 nəfər balıq tutmaq məqsədi ilə rezin qayıqda Bakı şəhəri, Səbail rayonu ərazisindən dənizə çıxmış və küləkli hava şəraitində (sahildən, təxminən, 2 km dənizin içərilərinə doğru) köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin "Şıx-2" sularda xilasetmə məntəqəsinin, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və vətəndaşı xilas etmişlər.
O.M.
Digər xəbərlər