
Xaçmazda iki maşın at arabası ilə toqquşub
Xaçmaz rayonunda yol qəzası baş verib. Apa-nın məlumatına görə, qəza Xaçmaz-Niyazabad kəndi yolunda qeydə alınıb. BMW markalı avtomaşın "VAZ 2106" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Zərbənin təsirindən "VAZ 2106" at arabasına dəyib. Nəticədə "VAZ 2106"-da olan Quba rayonu, Hacıhüseynli kənd sakini, 1969-cu il təvəllüdlü Həşimov Əbülfət Rafiq oğlu və at arabasında olan Xaçmaz rayonu, Ağçay kənd sakini, 1990-cı il təvəllüdlü Bağırov Rəşad Nemət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər