
Xızıda 47 yaşlı kişi güllələnib
Azərbaycanın Xızı rayonunda qətl hadisə baş verib. Apa-nın verdiyi məlumata görə, 1965-ci il təvəllüdlü Siyəzən şəhər sakini Ələkbərov Elşən Ələkbər oğlu Xızı rayonunda güllələnib. Onun meyiti Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Qətli kimin törətdiyi məlum deyil. Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
O.M
Digər xəbərlər