Qubada yük maşınları toqquşaraq aşıblar

Qubada yük maşınları toqquşaraq aşıblar

24 Avqust 2012 10:21
Bəyəndim (0) Bəyənmədim (0)
Qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 159-cu km-də baş verib

Ötən gün axşam saatlarında Quba rayonu ərazində ağır yol nəqliyyat hadisəsi baş verib. Reginal TV-nin xəbərinə görə, Qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 159-cu km-də, Qubanın İqrıq kəndi ərazində qeydə alınıb. 47 yaşlı Quba rayonu, İqrıq kənd sakini Əlibala İskəndərovun idarə etdiyi 85 BM 273 dövlət nömrə nişanlı "Qaz 53" markalı yük maşını ilə 27 yaşlı Bakı şəhər sakini Elman Quliyevin idarə etdiyi 90 JE 621 dövlət qeydiyyatlı ağır tonnajlı yük maşını toqquşub. Qəzadan sonra hər iki avtomobil aşıb. Qəza nəticəsində Əlibala İskəndərov qapalı kəllə-beyin travması, baş beynin əzilməsi diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasınının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hazırda fakt araşdırılır.

O.M.