
Qusarda iki nəfəri elektrik cərəyanı vurub
Avqustun 23-də Qusarın Kuzun administrativ vahidliyinin Aladaş yaşayış massivində ölümlə nəticələnən hadisə baş verib. Reginal TV-nin məlumatına görə, Qusar Rayon Elektrik Stansiyasının əməkdaşları hündür elektrik şalbanın üstündə elektrik xətlərini bərpa edərkən onları cərəyanı vurub. Yüksəkgərginlikli cərəyan elektriklər - Qusarın Yuxarı Ləyər kənd sakini, 1974-cü il təvəllüdlü Mirzəəhməd Mirheybət oğlu Osmanovu və Qusar rayonunun Ləzə kənd sakini Zahid Ramazan oğlu Əzizovu vurub. Kənd sakinlərinin onlara ilk yardım göstərərək tez torpağa basdırmalarına baxmayaraq, elektrik Mirzəəhməd Mirheybət oğlu Osmanov yerindəcə ölüb.
Zahid Ramazan oğlu Əzizov isə kənd sakinlərinin köməyi ilə Qusar Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti stabildir.
Faktı Qusar Rayon İcra Hakimiyyətindən və hüquq–mühafizə orqanlarından da təsdiqləyiblər. Hazırda faktla bağlı araşdırmalar aparılır. İlkin məlumata görə, hadisənin baş verməsinə səbəb elektrik naqillərində təmir-bərpa işləri aparılarkən elektrik cərəyanının verilməsidir.
O.M.