Şabranda ağır yol nəqliyyat hadisəsi 3 nəfərin xəsarət alması ilə nəticələndi

Şabranda ağır yol nəqliyyat hadisəsi 3 nəfərin xəsarət alması ilə nəticələndi

24 Avqust 2012 10:11
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Gəndob-Yalama yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Gecə saatlarında Gəndob-Yalama yolunun Şabran rayonunun Uzunboyad kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Oxumeni.az Regional TV-ə istinadən xəbər verir ki, Xaçmazdan Bakı istiqamətində hərəkət edən 41 yaşlı Şabran rayonu, Zeyvə kənd sakini Kamil Bayramovun idarə etdiyi 17 BC 154 qeydiyyat nişanlı "Daewoo Nexia" markalı avtomobil qarşı tərəfdən gələn 28 yaşlı İmişli rayon sakini Zamin Güləliyevin idarə etdiyi 30 BF 173 qeydiyyat nişanlı "Ford" markalı yük maşınına çırpılıb. Qəza zamanı hər iki sürücü və "Daewoo Nexia"nın sürücüsü Kamil Bayramovun 7 yaşlı oğlu Vazeh müxtəlif dərəcəli xəsarətlər alaraq Şabran MRX-na aparılıb. Onlardan Kamil Bayramovun vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə yerləşdirilib. Oğlu Vazeh isə, hazırda palata şəraitində müalicə alır. "Ford"un sürücüsü Zamin Güləliyev ilkin yardımdan sonra evə buraxılıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

O.M.