Ermənistanda mitinq dalğasına start veriləcək

Ermənistanda mitinq dalğasına start veriləcək

28 Aprel 2011 09:17
Bəyəndim (0) Bəyənmədim (0)


Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifətçi Erməni Milli konqresi (EMK) bu gün İrəvanın mərkəzində növbəti yürüş-mitinqini keçirəcək.

İrəvan meriyası EMK-nə mitinqi Azadlıq meydanında keçirməyə icazə verib. Beləliklə, meriya bu məsələ ilə bağlı özünün əvvəlki qərarını dəyişib.


Qeyd edək ki, Ter-Petrosyan Serj Sarkisyana dialoqları yeni müstəviyə çıxarmaq üçün 10 gün vaxt vermişdi. Bu gün mitinqlərin geniş miqyaslı olacağı, minlərlə insanın Sarkisyanın istefasını tələb ediləcəyi gözlənilir.


Bizə isə pis və daha pis arasında birincinin qələbəsini arzulamaq qalır...


Elvin Babayev


O.M.