Şabranda avtomobillə vurulan şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb

Şabranda avtomobillə vurulan şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb

23 Avqust 2012 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

Hadisə Bakı-Quba Rusiya federasiyası dövlət sərhədi avtomobil yolunun 121-ci km-də Şabran rayonu ərazisində baş verib. Regional TV-nin məlumatına görə, bu gün səhər saatlarında avtomobillə vurulan Şabran rayon sakini yerindəcə dünyasını dəyişib. Hadisə Bakı-Quba Rusiya federasiyası dövlət sərhədi avtomobil yolunun 121-ci km-də Şabran rayonu ərazisində baş verib. Hadisəni Qusar şəhər sakini 36 yaşlı Azər Məcidov idarə etdiyi 10 KD 266 dövlət nömrə nişanlı, VAZ 2106 markalı avtomobillə törədib. Üzərində heç bir sənəd olmadığından, dünyasını dəyişən 20-25 yaşlarındakı gəncin kimliyini hələ ki, müəyyənləşdirmək mümkün olmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.

O.M.