Qubada 79 yaşlı kişi qəza törədib: 5 nəfər yaralanıb

Qubada 79 yaşlı kişi qəza törədib: 5 nəfər yaralanıb

23 Avqust 2012 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

Regional TV-nin verdiyi xəbərə görə, Quba-Xudat yolunun Qubanın Vladimirovka kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. 79 yaşlı Quba rayonu Aşağı Xuc kənd sakini Fətulla Abdurrəhmanovun idarə etdiyi 40 BD 617 qeydiyyat nişanlı "VAZ 2106" markalı nəqliyyat vasitəsi magistrala çıxarkən Xudatdan Quba istiqamətində hərəkət edən 90 EJ 256 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Nəticədə "VAZ 2106"da olan 3 nəfər və "Mercedes"də olan 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlardan "VAZ 21 06"-nın sürücüsü Fətulla Abdurrəhmanovun və "Mercedes"dəki sərnişin, 18 yaşlı Bakı şəhər sakini Günel Abdullayevanın vəziyyəti ağır olduğu üçün Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəstəxanadan RTV-yə verilən məlumata görə, ilkin yardım göstərildikdən sonra onlar ambulator qaydada müalicəyə buraxılıblar. Hadisə şahidlərinin sözlərinə görə, qəza "VAZ 21 06" markalı nəqliyyat vasitəsinin "Mercedes"i gözləmədən magistrala çıxması səbəbindən baş verib. Toqquşma zamanı hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Fakt Quba RPŞ-da araşdırılır.
O.M.