Keniyada etnik toqquşmada insanlar evlərində diri-diri yandırıldı

Keniyada etnik toqquşmada insanlar evlərində diri-diri yandırıldı

23 Avqust 2012 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Keniyanın cənub-şərqində baş verən etnik toqquşmalarda 48 nəfər həlak olub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən baş verib. Pokomo qəbiləsindən olan 200 nəfər orama qəbiləsinin kəndinə hücum edib. Bir çox adamlar öz evlərində diri-diri yanıblar. Ölənlərin digər hissəsi isə ox və bıçaq zərbələrindən dünyalarını dəyişiblər. İki qəbilə arasındakı münaqişə mal-qaranın otarılması üçün nəzərdə tutulan torpaq sahəsinə görə baş verib.

O.M.