Bu gün hava necə olacaq?..

Bu gün hava necə olacaq?..

28 Aprel 2011 09:05
Bəyəndim (0) Bəyənmədim (0)



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman, bəzi şərq rayonlarında isə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.


Havadan asılı olmayaraq, günümüz aydın olsun.


Elvin Babayev


O.M.