Bakıda oğrular bankomatı soydular

Bakıda oğrular bankomatı soydular

23 Avqust 2012 10:59
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, avqustun 22-də akademik Həsən Əliyev küçəsi 90 ünvanında yerləşən "Dəmir Bank"a məxsus bankomatdan oğurluq olub. İdarədən Kanal S-ə bildirilib ki, bankomat arxa hissədən açılaraq içərisindəki külli miqdarda pul oğurlanıb. Hadisənin törədən şəxsin kimliyinin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

O.M.