
İranda sel suları bir neçə kəndi basıb
İranın Mazandaran əyalətində ötən gecədən başlayan güclü yağış sel və daşqınlara səbəb olub. Sel əsasən Miyandrud şəhərinə və onun ətraf kəndlərinə ziyan vurub. Kanal S-in məlumatına görə, bu barədə FARS agentliyi məlumat verir. Məlumata əsasən, sel əkin sahələri, evlər və elektrik dirəklərinə ziyan vurub. Daşqınlar nəticəsində Mazandaran şəhərindədə elektrik enerjisinin verilməsi kəsilib və küçələrdə gediş-gəliş əngəllənib.
O.M.
Digər xəbərlər