“Sahil-1” çimərliyində 2 nəfər batmaq təhlükəsi ilə üzləşib

“Sahil-1” çimərliyində 2 nəfər batmaq təhlükəsi ilə üzləşib

23 Avqust 2012 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətin verilən məlumata görə, dünən iki nəfər batmaq təhlükəsi ilə üzləşib. Hadisələrdən biri Bakı şəhəri, Xəzər rayonunda dənizdə ("Sahil-1" sularda xilasetmə məntəqəsi ərazisində) qeydə alınıb, burada batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 15:10-da başa çatmışdır;

Digər hadisə eyni çimərlikdən 700 metr solda nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:00-da başa çatmışdır.

O.M.