
Sabiq dövlət katibi seriala çəkiləcək
ABŞ-ın sabiq dövlət katibi Kondoliza Rays məşhur yerli "Studiya 30" serialına çəkiləcək. Rusiya xəbər saytlarının verdiyi məlumata görə, Kondoliza Raysın serialda aktyor həmkarı Aleks Bolduin olacaq.
Rays ona tapşırılan rolu canlandırmaqdan ötrü uzun-uzadı məşq etmək məcburiyyətində qalmayacaq.
Çünki sabiq dövlət katibi filmdə elə özünü canlandıracaq.
Beləliklə, siyasətçi və istedadlı fortepianoçu olan Rays özünü aktrisa kimi də sınayacaq.
Siyasətçi olmaq artistlik tələb etdiyi kimi, artist olmaq da siyasət tələb edir...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər