Sosialist Əməyi Qəhrəmanı Qızqayıt Həsənova 78 yaşında vəfat etdi

Sosialist Əməyi Qəhrəmanı Qızqayıt Həsənova 78 yaşında vəfat etdi

22 Avqust 2012 19:53
Bəyəndim (0) Bəyənmədim (0)

Sosialist Əməyi Qəhrəmanı Qızqayıt Salman qızı Həsənova vəfat edib. APA-nın məlumatına görə, Q.Həsənova doğulduğu Biləsuvar rayonunun Xırmandalı kəndində 78 yaşında dünyasını dəyişib.

Q.Həsənova 1924-cü ildə anadan olub. Əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlayıb. Pambıqçılıqda yüksək əmək göstəricilərinə görə o, 1947-ci ildə Lenin ordeni ilə təltif olunub, Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. 1953-cü ildən 1996-cı ilə kimi Xırmandalı kəndindəki Telman adına kolxozun sədri işləyib.
Q.Həsənova 1975-ci ildə Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1984-cü ildə Telman adına kolxoza Qızqayıt Həsənovanın adı verilib.
Q. Həsənova V-VI çağırış SSRİ Ali Sovetinin, II-X çağırışlar olmaqla 9 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, dəfələrlə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü, Azərbaycan KP Biləsuvar rayon komitəsinin büro üzvü seçilib. 6 Lenin, 2 Oktyabr İnqilabı, 1 Qırmızı Əmək Bayrağı, 1 Xalqlar Dostluğu ordenləri, müxtəlif medal və dövlət mükafatları ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür. Məşhəd, Kərbəla və Həcc ziyarətlərində olub.

O.M.