Filippində güclü yağışlar daşqınlarla səbəb olub
Filippinin cənub və şərq əyalətlərində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 8 nəfər ölüb, 19 nəfər itkin düşüb.
Oxuməni.az xəbər verir ki, bu barədə Filippin dövlətinin mülki müdafiə nümayəndələri bildiriblər. Qeyd edilib ki, Sahil Mühafizəsi xilasetmə əməliyyatında iştirak edir.
Milad bayramı vaxtı baş verən daşqınlar, bir çox filippinlini qohum və dostlarının yanına, bayram şənlikləri keçirməyə getdikləri zamana təsadüf edib.
Sosial İşlər Nazirliyinin məlumatına görə, 46 minə yaxın insan təxliyə mərkəzlərinə sığınıb.
Alimlərin fikrincə, Filippin iqlim dəyişikliyinin təsirlərinə ən həssas olan ölkələr sırasındadır. 7600-dən çox adadan ibarət arxipelaqda ildə orta hesabla 20 tropik fırtınası baş verir.
Rüfət, Oxuməni.az
Digər xəbərlər