Siyəzəndə itkin düşən azyaşlı oğlanın meyiti tapılıb

Siyəzəndə itkin düşən azyaşlı oğlanın meyiti tapılıb

22 Avqust 2012 19:19
Bəyəndim (0) Bəyənmədim (0)

Milli.Az Regional TV kanalına istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Siyəzən sakini Əskərov Kamran Tofiq oğlunun meyiti Samur-Abşeron kanalının rayon ərazisindən keçən hissəsində tapılıb.
Kamran bu ilin avqust ayının 1-də kanalda çimmək istəyərkən ehtiyatsızlıq üzündən boğulub. Ərazidə FHN-nin əməkdaşları axtarış aparsa da, onun meyitini aşkarlamaq mümkün olmamışdı.
Kamranın meyiti bu gün günorta saatlarında Samur-Abşeron kanalının suayırıcı qurğusu yerləşən ərazisində tapılıb. Meyit müayinə olunmaq üçün məhkəmə tibbi ekspertizasına aparılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

O.M.