Rusiyada azərbaycanlı satıcıların da olduğu bazarda atışma olub

Rusiyada azərbaycanlı satıcıların da olduğu bazarda atışma olub

22 Avqust 2012 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Stavropolda tərəvəz bazarında atışma olub. Apa-nın məlumatına görə, naməlum şəxslər "Cənub" bazarına gələrək, orada çalışan, Azərbaycan, Ermənistan və Tacikistandan olan satıcılara odlu silahdan atəş açmağa başlayıblar. Bazar işçilərinin sözlərinə görə, onlar əvvəlcə satıcıları təhqir edib, sonra isə tapança və avtomatdan atəş açıblar. Atışma nəticəsində 10-dək şəxs yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Yaralılardan bir neçəsinin adı da açıqlanıb. Bunlar 43 yaşlı Həsən Süleymanov, 30 yaşlı Sergey Razqoyan, 55 yaşlı Əmir Razqoyan, 35 yaşlı Hamlet Razqoyan. 29 yaşlı Anatoli Razqoyan güllə yarası almasa da, döyülüb. Hadisənin motivləri hələlik məlum deyil.

O.M.