Laçın erməniləri bəsləyəcək

Laçın erməniləri bəsləyəcək

27 Aprel 2011 16:57
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Laçın rayonunda eramızdan əvvəl 4-1 əsrlərə aid xəzinə aşkar edilib. "EurasiaNet"-in verdiyi məlumata görə, Laçın rayonunun Sonasar kəndində məskunlaşan Andrianik Kürexyan adlı erməni heyvanlarını otardığı ərazidə xəzinəni tapıb.

Yeraltı qədim qəbirdə tapılan xəzinə 700 qram gümüş bəzək əşyaları, 200 qramlıq qızıl sırğa, üzük, boyunbağı və beş kiloqram bürünc bəzəklərdən ibarətdir.

Bu qədim xəzinə üstündə Ermənistanla Dağlıq Qarabağdakı separatçı rejimin rəsmiləri arasında artıq qalmaqal düşüb. Qondarma qurum İrəvandan xəzinənin Qarabağa aid olduğunu və geri qaytarılmasını tələb etsə də, Ermənistan Tarix Muzeyi buna əhəmiyyət verməyib.

Ermənilər ehtiyat edirlər ki, Azərbaycan bu xəzinənin ona məxsus olmasına görə onlara qarşı hüquqi cəhətdən iddia qaldıra bilər .Çünki Laçın rayonu Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazisidir.


Ermənilər artıq bu tapıntını öz adlarına çıxmağa başlayıblar. Axı qızıl, gümüş, bürünc "qədim erməni" metallarıdır.


Hafiz Əhmədov


O.M.