
Zaqatalada 77 yaşlı kişi tövlədə özünü asıb
Azərbaycanın Zaqatala rayonunda 77 yaşlı kişi intihar edib. Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Mazıx kəndində qeydə alınıb. 1935-ci il təvəllüdlü Nuracayev Kahov Hacı oğlu Yaşadığı evin həyətyanı sahəsindəki tövlədə özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Zaqatala rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər