Ordumuzun daha bir əsgəri dünyasını dəyişdi

Ordumuzun daha bir əsgəri dünyasını dəyişdi

22 Avqust 2012 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Ordusunun 5 gün əvvəl qayadan yıxılan əsgəri vəfat edib. Bu barədə Apa-ya əsgərin yaxınları məlumat veriblər. Onların sözlərinə görə, 24 yaşlı Samir Malik oğlu Adıgözəlov Mərkəzi Hərbi Hospitalda dünyasını dəyişib. Qeyd edək ki, hadisə avqustun 17-də Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən "N" saylı hərbi hissəsində, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində qeydə alınıb. 24 yaşlı əsgər Samir Malik oğlu Adıgözəlov qayadan sürüşərək yıxılıb. ağır xəsarət alan əsgər hospitala yerləşdirilib. Qeyd edək ki, S. Adıgözəlov Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə çağırılıb.

O.M.