Qobustanda 2 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib

Qobustanda 2 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib

15 Avqust 2012 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qobustan rayonunda Bakı-Şamaxı yolunun 72-ci kilometrliyində vətəndaşa məxsus "VAZ" və "Mitsubishi" markalı 2 minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "Mitsubishi" markalı avtomobilin sürücüsü və 5 nəfər sərnişini, o cümlədən 2 nəfər azyaşlı xilasedicilər çatana qədər yaralı vəziyyətdə xəstəxanaya aparılmış, "VAZ" markalı avtomobilin sürücüsü – 1972-ci il təvəllüdlü Nizaməddin Ziyəddin oğlu Musayev xəsarət almış, 2 nəfər sərnişini - 1940-cı il təvəllüdlü Rüfət Talıb oğlu Talıbov və 1941-ci il təvəllüdlü Sürəyyə Hüseyn qızı Talıbova hadisə yerində ölmüşlər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış yaralını, habelə Rüfət və Sürəyyə Talıbovların cəsədlərini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 15:50-də başa çatmışdır. N.Musayev xəsdaxanaya aparılarkən yolda ölmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

O.M.