Sürücülərin nəzərinə: Bakıda təmirə bağlanan yolun digər hissəsi də bağlanacaq

Sürücülərin nəzərinə: Bakıda təmirə bağlanan yolun digər hissəsi də bağlanacaq

15 Avqust 2012 12:58
Bəyəndim (0) Bəyənmədim (0)

İyul ayında təmirinə başlanılan Neftçilər prospektinin nəqliyyatın hərəkəti üçün açıq olan hissəsi də bağlanacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Hərəkətin Təhlükəsizliyi bölməsindən verilən məlumata görə, avqustun 16-sı səhər saatlarından etibarən prospektin Rəsul Rza küçəsi ilə kəsişməsindən (Muzey Mərkəzi) Niyazi küçəsinədək ("Azneft" meydanı) olan hissəsi bağlanacaq. Prospekt təmir-tikinti işləri başa çatana kimi bağlı olacaq.

Yol polisi şəhərə daxil olan və əks istiqamətə hərəkət edən sürücülərə Salyan yolunun 14-cü kilometrliyindən 3-cü dairəvi yol, 20-ci sahə dairəsindən Badamdar qəsəbəsi istiqamətində və Bayıl qəsəbəsində Xanlar, Teymur Elçin, Əhəd Yaqubov, Qurban Abbasov küçələrindən istifadə etmələrini, alternativ marşrut seçmələrini tövsiyə edir.
Qeyd edək ki, Neftçilər prospektinin Rəsul Rza küçəsi ilə kəsişməsindən Dəniz Vağzalı istiqamətindəki hissəsi keçən ay bağlanılıb. Hazırda yolda asfallt örtüyünün döşənməsi işi həyata keçirilir.

O.M.