İrandan Azərbaycana narkotik vasitə gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitə gətirilməsinin qarşısı alınıb

15 Avqust 2012 13:07
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan gömrükçüləri İrandan ölkəyə narkotik maddələrin gətirilməsinin qarşısını alıb. Bu barədə Apa-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib. Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı Məzahir Abdullayevin üzərində aparılmış şəxsi yoxlama zamanı onun ayaqqabılarının sol tayının dabanında, gömrük nəzarətindən gizlədilmiş 6 bükümdə, ümumi xalis çəkisi 5,458 qram tiryək aşkar edilərək götürülüb. İrandan gələn digər Azərbaycan vətəndaşı Vəzir Əhmədova məxsus çamadana baxış zamanı isə orada gömrük nəzarətinə bəyan olunmayan 2 qutuda üzərində "Methadone 40" sözləri yazılmış 190 ədəd həb aşkarlanıb. Qeyd edək ki, metadon Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daxildir.

O.M.