İdarəetməni itirən sürücü avtomobili 20 metr hündürlükdən aşırıb

İdarəetməni itirən sürücü avtomobili 20 metr hündürlükdən aşırıb

15 Avqust 2012 12:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə gecə saat 01:00 radələrində Şabran rayonunun Şahin Vahabzadə küçəsində baş verib. İdarəetməni itirən sürücü Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu ilə hərəkət edən "Mercedes" markalı avtomaşın yolun sağ tərəfindəki dərəyə yuvarlanıb. Təxminən 20 metr hündürlükdən aşan avtomobil dərənin aşağı hissəsində yerləşən evlərə 5-6 metr qalmış dayanıb. Qəza zamanı sürücü tək olub və ciddi xəsarət almayıb. O, şahidlərin köməyi ilə maşından çıxarılıb. Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

O.M.