Qubada sexdə güclü yanğın olub

Qubada sexdə güclü yanğın olub

14 Avqust 2012 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq istehlakı malları sexində baş verən yanğının söndürülməsinə 4 yanğınsöndürən maşın cəlb olunub.
Regional TV-nin verdiyi xəbərə görə, Heydər Əliyev prospekti, 24 ünvanda, Quba şəhər sakini Məmmədov Tərlan Məmmədtağı oğluna məxsus 600 kv.metr ərazisi olan xalq istehlakı malları sexində baş verən yanğın nəticəsində obyektin 450 kv.metr sahəsi yanaraq kül olub.
Yanğın nəticəsində sexdə olan 3 dəzgah və sexin sahibinin ev əşyaları da yanıb. Belə ki, sahibkar evini təmir etdiyindən mənzilinin bütün avadanlığını da sexə yığıbmış. Sex 2005-ci ildən fəaliyyət göstərmir.
Alov güclü olduğundan hadisə yerinə FHN-in Quba Dövlət Yanğından Mühafizə Hissəsinin üç, Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını cəlb olunub.

O.M.