Qazaxıstanın milli parkında səkkiz meyit aşkarlanıb

Qazaxıstanın milli parkında səkkiz meyit aşkarlanıb

14 Avqust 2012 11:59
Bəyəndim (0) Bəyənmədim (0)

Yerli polisin informasiyasına görə, avqustun 13-də Aksaysk dərəsində öldürülmüş yeddi nəfərin meyiti aşkarlanıb. Kanal S-ın xəbərinə görə, üzərində döyülmə əlamətləri və bıçaq xəsarətləri olan iki meyit yerli yegerin evində tapılıb. Bir qədər aralıda isə daha üç nəfərin – iki kişi və bir qadının meyiti aşkarlanıb. İki nəfərin yanmış meyitini isə polis digər meşəbəyinin evində tapıblar.

Ehtimallara görə, öldürülənlərdən biri tanınmış yeger, brakonyerlərə qarşı sərt münasibətilə ad çıxarmış Panayot Zaxaropylodur. Digərlərinin isə onun işçiləri olduğu güman edilir.

Polis həmçinin P. Zaxarovla bir yerdə işləyən oğlunun dağıdılmış maşınını tapıblar. Avtomobilin salonunda qan izləri olub. Maşının sahibinin harada olduğu isə hələlik məlum deyil.

Daxili işlər naziri isə hələlik səkkiz nəfərin meyitinin tapıldığını deyib: "Evə baxış keçirilib, heç nəyə toxunulmayıb. Hazırda əməliyyat-axtarış tədbirlərini davam etdirir, məhkəmə-tibb ekspertizası aparırıq". Nazir qətlin bir neçə versiyası üzərində işlədiklərini də bildirib.

O.M.