
Masallıda yanacaqdoldurma stansiyasında yanğın olub
FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Masallı rayonu, Seybətin kəndində "Doğuş Petrol" MMC-yə məxsus yanacaqdoldurma stansiyasının ərazisində "KAMAZ" markalı yanacaqdaşıyan avtomobil içərisində olan, təxminən, 32 ton yanacağı (A-92 markalı benzin) yeraltı çənə boşaldan zaman yanğın olmuşdur. Nəticədə, 4 ton yanacaq yanmışdır. Xəsarət alan olmamışdır. Yanacağın qalan hissəsi və stansiyanın ərazisində olan yeraltı yanacaq çənləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
O.M.
Digər xəbərlər