Ağstafada 25 yaşlı oğlan göldə boğulub

Ağstafada 25 yaşlı oğlan göldə boğulub

14 Avqust 2012 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Ağstafa Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Ağstafa rayonunun Dağkəsəmən kəndində qeydə alınıb. Kənd sakini, 25 yaşlı İlkin Qulu oğlu Musayev göldə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Polisdən həmçinin bildirilib ki, göldə boğulan İ. Musayevin atası Qulu Musayev Ağstafa rayon İcra Hakimiyyəti başçısının Dağkəsəmən kəndi üzrə icra nümayəndəsi olub. Bir müddət əvvəl o, işdən çıxarılıb.

O.M.