 
    
    Yevlaxda Kəlbəcər qaçqınlarının yaşadığı yataqxanada yanğın olub
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, avqustun 12-də saat 19.00 radələrində Yevlax rayonundakı Kəlbəcər rayon sakinlərinin yaşadıqları Təmir Tikinti İdarəsinin İnzibati binasında yanğın baş verib. Nəticədə binanın yanar konstruksiyaları yanıb, tüstüdən zəhərlənmiş 5 nəfər Kəlbəcər rayon sakinləri xəstəxanaya yerləşdirilib. Onlardan 3-nə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
O.M.
                Digər xəbərlər
            
                             
                             
                             
                            











 
     
    


















































































