
İmişlidə fabrikdə yanğın baş verib
FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, İmişli rayonunda İmişli-Kürdəmir yolunun 5-ci kilometrliyində vətəndaşa məxsus tikintisi başa çatmamış, ümumi sahəsi 1300 kv.m olan quşçuluq fabrikinin binasının penaplastdan ibarət divar üzlüyü və karton qutular 300 kv.m sahədə yanmışdır. Fabrikin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
O.M.
Digər xəbərlər