Avtobuslarda siqaret çəkmək qadağan olunub
Baş nazir Artur Rasizadənin qərarı ilə şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda siqaret çəkmək qəti qadağan olunub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 394 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.
Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə
təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması
qaydaları"na dəyişiklik edilib.
Nazirlər Kabinetinin saytına istinadən xəbər veririk ki, qurumun qəbul etdiyi
qərara əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda siqaret
çəkmək qadağan edilib.
Bu qərar İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qəbul olunub.
Avtobus sürücüsü dəqiqəbaşı siqaret çəkib sərnişinləri boğmadısa, avtoşluq eləmədisə, harada gəldi saxlamadısa, yerli-yersiz qışqır-bağır salmadısa, o, sürücü deyil. Dədə-babadan belə görmüşük axı...
Hafiz Əhmədov
O.M.