
Tovuzda avtomobil yanıb, sürücüsü yaralanıb
FHN-nin məlumatına görə, Tovuz rayonu, Aşağı Quşçu kəndində yol-qəza nəticəsində vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avaddanlıqları yanmışdır. Qəza nəticəsində sürücü bədən xəsarətləri ilə təcili yardım tərəfindən Tovuz rayon mərkəzi xəstəxanasına aparılmışdır. Yanğın, yanğın bölmələri çatana kimi əhali tərəfindən söndürülmüşdür.
O.M.
Digər xəbərlər