Azərbaycan İranda zəlzələdən zərər çəkənlərə yardım göndərdi

Azərbaycan İranda zəlzələdən zərər çəkənlərə yardım göndərdi

13 Avqust 2012 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə 13 avqust 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyi tərəfindən 25 avtomobildən ibarət maşın karvanı İran İslam Respublikasının zəlzələdən zərər çəkmiş bölgəsinə yola salınmışdır. Avtomobil karvanı ilə 3000 ədəd ədyal, 1000 ədəd yataq dəsti, 460 ədəd çadır, un, düyü, çay, qənd, yağ, makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsulları təbii fəlakət bölgəsinə çatdırılacaqdır.

O.M.