Azərbaycan çimərliklərində batmaq təhlükəsi ilə üzləşmiş 9 nəfər xilas edilib

Azərbaycan çimərliklərində batmaq təhlükəsi ilə üzləşmiş 9 nəfər xilas edilib

13 Avqust 2012 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, 9 nəfər batmaq təhlükəsi ilə üzləşib. Bakı şəhəri, Sabunçu rayonunda dənizdə ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) və Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində (nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.

Bakı şəhəri, Sabunçu rayonunda ("Pirşağı" sularda xilasetmə məntəqəsindən, təxminən, 700-750 m məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.

Bakı şəhəri, Xəzər rayonunda, dənizdə ("Türkan" sularda xilasetmə postunun ərazisində) 1 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.

Bakı şəhəri, Xəzər rayonunda, dənizdə ("Buzovna" sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.

Bakı şəhəri, Xəzər və Suraxanı rayonlarında dənizdə ("Zuğulba-3" və "Hövsan" sularda xilasetmə məntəqələrinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Sumqayıt şəhəri, dənizdə (Sumqayıt sularda xilasetmə məntəqəsindən, təxminən, 1000 m aralıda, nəzarətsiz ərazidə) 1 nəfər çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.

O.M.