
14 yaşlı oğlan Xəzərdə batıb
FHN-nin məlumatına əsasən, Bakı şəhəri, Xəzər rayonu ərazisində, dənizdə ("Buzovna" sularda xilasetmə məntəqəsindən, təxminən, 1500 m məsafədə, nəzarət olunmayan ərazidə) 1998-ci il təvəllüdlü Rəşad Rövşən oğlu Mahmudov batmışdır. R. Mahmudovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.
O.M.
Digər xəbərlər