Yevlaxda “Vaz 2106” ilə “Toyota” toqquşub
Yevlaxda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Yevlax rayonu, Nemətabad kəndində sahibi məlum olmayan "VAZ-2106" markalı minik avtomobili sahibi məlum olmayan "TOYOTA" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Nəticədə "VAZ 2106" markalı minik avtomobilinin sürücüsü aldığı bədən xəsarətləri ilə hadisə yerində vəfat etmiş və aidiyyatı üzrə təhvil verilmişdir. Avtomobildə olan şəxsiyyətləri məlum olmayan 2 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən kəsici alətlərdən istifadə etməklə avtomobildən çıxarılaraq təcili yardım xidmətinə təhvil verilmişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
O.M.
Digər xəbərlər










































































.jpg)
.jpg)
.jpg)
















