Bakıda ağır yol qəzası: 1 ölü, 3 yaralı

Bakıda ağır yol qəzası: 1 ölü, 3 yaralı

13 Avqust 2012 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda "Opel" markalı minik avtomobili və "KAMAZ" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki avtomobil deformasiyaya uğramış, "Opel" markalı minik avtomobilində olan 3 nəfər sərnişin xəsarət almış və xəstəxanaya aparılmışlar. Həmin avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Tarverdiyev İlqar Abbasqulu oğlu isə hadisə yerində vəfat etmişdir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 13:24-də başa çatmışdır.

O.M.