Bərdədə kanalda batan 2 yaşlı qızın cəsədi tapıldı

Bərdədə kanalda batan 2 yaşlı qızın cəsədi tapıldı

13 Avqust 2012 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 2010-сu il təvəllüdlü Nərmin Pərvin qızı Hüseynova Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaradırnaq kəndindən keçən hissəsində (nəzarət olunmayan ərazidə) batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışdır. N. Hüseynovanın cəsədi batdığı yerdən, təxminən, 1200 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:50-də başa çatmışdır.

O.M.