Güney Azərbaycanda güclü zəlzələ baş verib!

Güney Azərbaycanda güclü zəlzələ baş verib!

12 Avqust 2012 00:43
Bəyəndim (0) Bəyənmədim (0)
Ölənlərin sayı artmaqdadır....

Bir müddət əvvəl Azərbaycanın müxtəlif rayonlarında təqribən eyni anda zəlzələ baş verib. Bu barədə facebook sosial şəbəkəsində ayrı-ayrı rayonlardan olan istifadəçilər məlumat yayılıblar. Həmin məlumatlarda Ucar, Ağdaş, Ağdam, İmişli, Lənkəran, Salyan, Masallı və Naxçıvanda yeraltı təkanlar baş verdiyi bildirilir.

Son məlumatlara görə, zəlzələ Güney Azərbaycanın da bir sıra bölgələrində hiss olunub. Təbrizdə isə daha güclü təkanlar baş verib. Əhər şəhərində 6.2 bal gücündə zəlzələ hiss olunub. Burada 30, Vərziganda isə 40 nəfər dünyasını dəyişib. 7 nəfər xəstəxanaya aparılarkən yolda keçinib. Ümumiyyətcə, minlərlə insan yaralanıb. Əhər və Vərzigan şəhərlərinə aid 60 kəndə ciddi ziyan dəyib, 2 kənd tamamilə dağılıb. Ən dəhşətli dağıntılar isə "Mehriban" şəhərinin ətrafındakı Xurmalu, Ahənlu, Hiğə və Vərziganda baş verib. Yüzlərlə insan ölüb, yaralananların sayı isə 1300-ü keçməkdədir.

Könül Aypara