
Abşeronda FHN dalğıcları 3 nəfəri xilas edib
FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, dünən 3 nəfər batmaq təhlükəsi ilə üzləşib. Abşeron rayonu ərazisində dənizdə və Qəbələ rayonunda göldə (müvafiq olaraq "Novxanı" sularda xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə və "Qəbələ" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.
O.M.
Digər xəbərlər