 
    
    Sumqayıtda 26 yaşlı oğlan dənizdə batıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərinin ərazisində dənizdə ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən, təxminən, 6 km məsafədə, nəzarət olunmayan ərazidə) 1986-cı il təvəllüdlü Anar Yusifəli oğlu Hüseynov batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışdır. A. Hüseynovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.
O.M.
                Digər xəbərlər
            
                             
                             
                             
                            











 
     
    


















































































