Rusiyaya məxsus helikopter Türkiyədə qəzaya uğrayıb: 3 rus, 2 türk ölüb

Rusiyaya məxsus helikopter Türkiyədə qəzaya uğrayıb: 3 rus, 2 türk ölüb

10 Avqust 2012 10:19
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Muğla şəhərində Rusiyaya məxsus "Ka-32 TE" tipli helikopteri qəzaya uğrayıb. Rusiyalı rəsmilərin verdiyi məlumata görə, qəza zamanı helikopterdə olan 3 Rusiya vətəndaşı və 2 türk ölüb. Qəzanın səbəbləri hələlik məlum olmasa da, ikin məlumata əsasən, helikopter Muğla şəhərində dağa dəyərək partlayıb. Rusiyanın aviasiya xidməti helikopterin Türkiyə tərəfindən meşə yanğınlarını söndürmək məqsədilə sifariş edildiyini bildirib. Qəza zamanı helikopter 7-ci uçuşunu həyata keçirirmiş. Qəzada ölən 2 nəfər türkiyə vətəndaşı helikopteri sifariş edənlər olub. Qəza ilə bağlı araşdırma başladılıb.

O.M.